mobil versiya

Sentyabrdan rayonlara gediş-gəliş açıla bilər - YENİ QAYDALAR...




"Xarici ölkələrə gedənlər necə test verir, nəticəni öyrəndikdən sonra gedə bilirsə, bu qaydanı rayonlara gediş-gəliş üçün də tətbiq etmək olar”.

Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib.

Deputatın sözlərinə görə, müəyyən qayda-qanunlar əsasında rayonlara gediş-gəliş bərpa olunmalıdır:

"Pandemiyanın doğurmuş olduğu problemlərin narahatçılığından indi-indi xilas olmağa başlayırıq. Ümid edirik ki, yaxın zamanda tamamilə bu bəladan qurtulacağıq. Bu məsələdə olduqca ölçüb-biçilmiş addımlar atılmalıdır. Düşünürəm ki, müəyyən qayda-qanunlar əsasında rayonlara gediş-gəliş bərpa olunmalıdır. Ciddi şəkildə virusa yoluxmuş bölgələrimiz xaric, digər rayonlara gediş-gəliş açıla bilər. Lakin həmin rayonlara da yalnız qeydiyyatda olan şəxslər buraxılmalıdır".

F. Ağamlı qeyd edib ki, hər mənada ciddi karantin rejiminin tələblərinə; sosial məsafənin qorunması, tibi spirt və maskadan istifadə qaydalarına əməl olunmalıdır.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 28-08-2020, 16:01