mobil versiya

"Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" - SENSASİON AÇIQLAMA




“Biz ilk mərhələdə Rusiyanın buradakı şəbəkəsini çökdürməkliyik”.



Bunu ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Əli Həsənov xəstəliyinə görə Türkiyəyə gedib: “Əli Həsənov bundan öncə də Almaniyada çox ciddi əməliyyat keçirib. Onun çox ciddi ürək problemi var. Səhiyyəti ilə bağlı hazırda o, xaricdədir. Təbii ki, onunla bağlı cinayət işi qaldırılarsa, Əli Həsənov Azərbaycana qayıda bilər. Əgər qayıtmasa, o zaman axtarışa bilər.



Hazırda ölkə ərazisində 5-ci kolonun Rusiya qanadının neytrallaşması gedir. Təbii ki, bununla yanaşı FETÖ, DEAŞ və digər təhlükəli terror qruplaşmaları ilə əlaqəsi olan qüvvələr də neytrallaşmalıdır. Bir zamanlar mətbuatda Hacıbala Abutalıbovun oğlunun  DEAŞ kimi təhlükəli terror qruplaşmasına pul göndərildiyi deyilirdi. Bunların hamısı aydınlaşdırımaldır. Biz ilk mərhələdə Rusiyanın buradakı şəbəkəsini çökdürməkliyik.
Çünki dövlətimizə ən real təhlükə Rusiyadan qaynaqlanır. Demək olar ki, ölkəmizdə FETÖ kifayyət qədər neytrallaşdırılıb. Bu gün dövlətimiz ictimai rəylə razılaşır. Tofiq Yaqublunun ev dustaqlığına buraxılması bir daha bunu sübut etdi. Xalqla birlikdə dövlətimiz irəliyə gedir. Biz bu cəbhəni daha da genişləndirməlidir.

Əgər dövlət xaqla bir yerdə olarsa, heç bir dövlətin və terror qruplaşmasının ölkəmizə heç bir təsiri olmayacaq”.//KONKRET.az

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 19-09-2020, 10:55