Ermənilər Şuşanın daha bir kəndindən qaçdılar - Ordumuz hər an…
Üçtərəfli razılaşmadan sonra qondarma “DQR”in nəzarətində qaldığı deyilən daha bir kənd ermənilər tərəfindən boşaldılıb.
PROPRESS “Aysor”a istinadən xəbər verir ki, Şuşa rayonunun Böyük Qaladərəsi (ermənicə: Mets Şen) kəndi 3 gündür boş qalıb.
Kənddə qalan yeganə şəxs isə qondarma rejimin əraziyə “mer” təyin etdiyi David Davtyandır.
“Hələ ki, azərbaycanlılar kəndə gəlməyib, amma bu, hər an baş verə bilər. Sakinlər 3 gün əvvəl kəndi tərk ediblər”, - Davtyan bildirib.
O həmçinin Kirov (ermənicə: Xin Şen) kəndinin də 3 gündür Azərbaycan Silahlı Qüvvələri tərəfindən mühasirəyə alındığını və kənddən heç bir məlumat ala bilmədiyini qeyd edib.
ər Şuşanın daha bir kəndindən qaçdılar - Ordumuz hər an…
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 15-12-2020, 21:36