mobil versiya

Ermənilər Şuşada iki kəndin mühasirəyə alındığını bildirirlər - VİDEO




Azərbaycan hərbiçiləri Qarabağın Şuşa rayonunda Xin Şen (Kirov) kəndini Laçın-Şuşa yolu ilə birləşdirən yolu nəzarət altına götürüblər.

Eyni zamanda, bu kəndi qonşu Mets Şen kəndi (Mets Qaladarasi) ilə birləşdirən yol bağlanıb. Bu barədə dekabrın 14-də Ermənistan KİV-ləri məlumat yayıb.

Azərbaycan hərbiçilərinin bu zonaya gəlməsi və vəziyyətin gərginləşməsi dekabrın 11-12-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin iki digər kənd - Xtsabert və Xin Taxer (Çaylaqqala və Xin Tağlar) kəndləri ərazisində həyata keçirdiyi antiterror əməliyyatından sonra baş verib.

Bundan sonra Ermənistan tərəfi Azərbaycan hərbiçilərinin daha iki kəndi mühasirəyə aldığını və yerli sakinlərin bu kəndləri boşaltmağa başladığını bildirib. Ermənistan mənbələrinin məlumatına görə, Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə danışıqlar aparırlar. Azərbaycan tərəfi hələlik bu məlumatları şərh etmir.



    
    





SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 16-12-2020, 12:12