"Mersedes" Rusiyadakı zavodunu satışa çıxardı
Almaniyanın avtomobil istehsalçısı “Mersedes-Benz” Moskva vilayətində yerləşən avtomobil zavodunu satışa çıxarıb.
Bu barədə “Kommersant” qəzeti avtomobil sənayesi və daşınmaz əmlak bazarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət Moskva yaxınlığındakı Esipovoda yerləşən “Mercedes-Benz Manufacturing” zavodundan gedir. Bu zavodun 20 faizi rus şirkəti “Daimler Kamaz”a, qalan hissəsi isə alman şirkətinə məxsusdur.
Nəşrin avtomobil sənayesindəki mənbələrindən birinə görə, sövdələşmə yekun mərhələdədir, zavodu rus diler alacaq, lakin “Mersedes”in bəzi “sənəd problemləri” var.
Belə ki, iddiaçılardan biri “Avtodom” dileridir və danışıqlarda Moskva vilayətinin İnkişaf Korporasiyası iştirak edir.
Nəşr bildirir ki, tenderdə bir neçə diler iştirak edir.
Avtomobil satıcısı nəşrə bildirib ki, mürəkkəb bir sövdələşmə olacaq, buraya brendin Rusiya bazarındakı distribütorunun hüquqları da daxildir.
axar.az
DÜNYA
Tarix: 12-09-2022, 13:00