mobil versiya

Akar Yunanıstana XƏBƏRDARLIQ ETDİ



“Nə meydanda, nə də masa arxasında bir addım geri çəkilməyimizdən söhbət gedə bilməz. Bir millimetr geri çəkilmək yoxdur, bununla bağlı nə etmək lazımdırsa, edilib və edilir”.
Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstana xəbərdarlıq edərkən bildirib.
O, xüsusən, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinə bununla bağlı dəqiq göstərişin verildiyini qeyd edib.
“Bizim bu məsələdə anlayış göstərməyimiz, güzəştə getməyimizdən söhbət gedə bilməz. Arxalarında kim olursa olsun. “Ölsəm şəhid, sağ qalsam qazi” anlayışı ilə nə lazımdırsa etməkdə qətiyyətliyik”, - nazir qeyd edib.

DÜNYA
Tarix: 6-10-2022, 16:52