Kraliça II Elizabetin sürücülük vəsiqəsi hərracda satılacaq
Noyabrın 8 və 9-da Britaniyanın Kolçester şəhərində keçiriləcək “Royal Fine Art & Antiques” hərracında mərhum II Elizabetin bir çox əşyaları satışa çıxarılacaq.
Əşyaların arasında nadir fotoşəkillər, eləcə də Böyük Britaniyanın o zamankı gələcək Kraliçasının Qadın Yardımçı Ərazi Korpusunda xidmət edərkən aldığı müvəqqəti sürücülük vəsiqəsi yer alacaq.
Sənəddə Elizabetin özünün də imzası var.
Sənədin ilkin qiyməti təxminən iki min funt sterlinqdir.
Mənbə: motor.ru
DÜNYA
Tarix: 8-11-2022, 12:32