Edin Dzeko Droqbaya çatıb, hədəfdə Ronaldu var
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Çempionlar Liqası ilə bağlı maraqlı statistik rəqəmlər açıqlayıb.
“Report” IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutan “İnter” (Milan, İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) görüşü birincilərin hücumçusu Edin Dzeko üçün əlamətdar olub.
Belə ki, sözügedən matçda iki dəfə fərqlənən bosniya və herseqovinalı forvard 35 yaşı tamamladıqdan sonra qitənin ən nüfuzlu klub turnirində 5 qol vuran üçüncü oyunçu olub. O, bu göstərici ilə Fili Dişi Sahili millisinin, həmçinin “Marsel”, “Çelsi” və “Qalatasaray”ın keçmiş hücumçusu Didye Droqbaya çatıb.
Bu yaşdan sonra ən çox qol vuran oyunçu isə Kriştiano Ronaldudur – 12 qol.
İDMAN
Tarix: 28-10-2022, 16:22