mobil versiya

Bakıya gələcək “Frayburq” azarkeşlərinin sayı bəlli oldu



UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda baş tutacaq “Qarabağ” - “Frayburq” oyununa rəqib komandanın 500 azarkeşi gələcək. 
Oxu.Az xəbər verir ki, Almaniya təmsilçisi bununla bağlı Azərbaycan klubuna müraciət edib. 
Onlar 500 azarkeş üçün yer ayrılmasını istəyib.
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

İDMAN
Tarix: 31-10-2022, 12:33