Pakistanın sabiq naziri canlı yayımda deputata sillə vurdu - FOTO/VİDEO
Pakistanın sabiq informasiya və yayım naziri Firdous Aşiq Avan canlı yayım zamanı millət vəkili Qadir Mandokhelə sillə vurub.
BAKU.WS xəbər verir ki, buna səbəb deputatın sabiq nazirə qarşı qeyri-etik ifadələr işlətməsi olub. Xanım siysətçi deputatın sözlərindən hiddətlənərək ona hücum çəkib.
Canlı yayımda sillə qalmaqalından sonra Firdous Aşiq Avan sosial media hesabında qeyd edib ki, pakistanlı deputat onu həm də təhdid edib: "Canlı yayım zamanı Pakistan Xalqlar Partiyasının millət vəkili Qadir Mandokhel məni təhdid etdi. Mərhum atamı və məni söydü. Özümü müdafiə etmək üçün belə bir addım atdım".
KARUSEL / DÜNYA / VİDEOXƏBƏR
Tarix: 11-06-2021, 12:12