İranlı hakerlərdən ABŞ seçkilərinə madaxilə - "Microsoft"dan ŞOK iddia
ABŞ-ın texnologiya nəhəngi "Microsoft" 2020-ci ildə keçiriləcək prezident seçkilərinə yönəlik İrana bağlı olan İP ünvanlardan minlərlə haker hücumlarının olduğunu təsbit etdiklərini açıqlayıb.
Şirkətin saytında yayımlanan açıqlamaya görə, İran hökumətinə bağlı olan bir çox haker qruplar tərəfindən ABŞ-ın bir çox tanınmış isimlərinin e-poçt adreslərinə kiber hücum cəhdləri edilib.
"Yaxın günlərdə İrandan gəldiyinə və İran hökumətinə bağlı olduğuna şübhə etmədiyimiz "Fosfor" ("Phosphorus") olaraq adlandırdığımız bir təhdid qrupuna aid önəmli kiber hücum həyata keçirilib" - deyə açıqlamada bildirilir.
Şirkətin yaydığı açıqlamaya görə, avqust və sentyabr ayları arasındakı 30 günlük müddətdə "Microsoft Təhdid Xəbərdarlıq Mərkəzi"ndə "Microsoft" istifadəçilərinə aid e-poçt hesablarına daxil olmaq üçün 2700-dən çox müdaxilənin qeydə alındığı, bu hesablardan 241-nə kiber hücumun olduğu aşkarlanıb.
"Daha diqqətli olmaq lazımdır"
Hədəfə alınan hesabların ABŞ-ın prezident seçkiləri öncəsi aparılan kampaniyada iştirak edən şəxslərə, hazırki və keçmiş hökümət rəsmilərinə, qlobal siyasətlə maraqlanan jurnalistlərə və İrandan kənarda yaşayan İran vətəndaşlarına aid olduğu bildirilib.Yayımlanan açıqlamada "Bu bilgiləri paylaşmaq bizim vəzifəmizdir. Həmin hücumlar bütün dünyaya təhdiddir. Bütün dünya qəbul etməlidir ki, belə kiber hücumlar demokratik proseslərə vurulan zərbədir. Biz bu nəticələri açıqlamaqla işimizin nə qədər şəffaf olduğunu göstəririk. Bütün demokratik ölkələr bu mövzuda daha ayıq olmalı və lazımi təhlükəsizlik addımları atmalıdır" - deyə vurğulanıb.//musavat.com
KARUSEL / DÜNYA
Tarix: 6-10-2019, 13:03