mobil versiya

'Bu rəzalət nə zaman bitəcək' - Bakıda qəssabxanada ürəkbulandıran görüntü (FOTO)



Bakının Xətai rayonunda yerləşən qəssabxanada ət kəsimi üçün nəzərdə tutulmuş qaydalara riaət edilmir. 

REPORTYOR.AZ xəbər verir ki, bu barədə jurnalist Vüsal Qarayev özünün 'facebook' səhifəsində yazıb. O, bildirib ki, heyvanların kəsilmiş başları insanların intensiv istifadə etdiyi yolun kənarına qoyulur. Həmin statusu və fotoları təqdim edirik:

'Xətai rayonu, məhkəmə tibbi-ekspertiza şöbəsinin, 55 saylı baxçanın yaxınlığında yerləşən qəssabxana. Yol kənarı. Hər səhər mənim 4 yaşlı qızım, eləcə də baxçaya gedən uşaqlar bu mənzərənin şahidi olurlar. Qızım hər səhər deyir, "ata, xoxan", "ata, canavar", "ıııyyy iyrənc". Qızım hər səhər burdan burnunu tutub, gözünü yumub keçir. Hanı büdcədən qurumlara ayrılan pullar, hara gedir ? Hanı nəzarət ? Bu rəzalət nə zaman bitəcək ? Mən kiminsə çörəyiylə oynamıram. Amma, hər kəs də yediyi çörəyə hörmət etməlidir...'


KARUSEL / HADİSƏ / SOSİAL / ÖLKƏ
Tarix: 15-10-2019, 18:27