mobil versiya

Yubiley oyununda futbolçular arasında kütləvi dava düşüb



Kosta-Rika komandaları “Quanakasteka” ilə “Liberiya” arasında keçirilən yubiley oyununda futbolçular arasında kütləvi dava düşüb.

Birincilərin 50 illiyinə həsr olunan qarşılaşmanın birinci hissəsində oyunçular əlbəyaxa olublar.
Hadisə “Liberiya” 2:1 hesabı ilə öndə olarkən 26-cı dəqiqədə baş verib. Kiçik mübahisə tezliklə dava-dalaşla əvəzlənib və hər iki komandanın oyunçuları futbol deyil, boks və karate hərəkətlərindən istifadə edərək, bir-birlərini vurublar.
Sonda tərəflər yubileyin korlanmaması üçün görüşün 3:3 hesabı ilə başa çatmasına razılaşıblar. (Report.az)

KARUSEL / İDMAN
Tarix: 9-01-2023, 16:23