mobil versiya

“Azəriqaz” abonentləri qızdırıcı ilə istifadədə diqqətli olmağa çağırıb



"Azəriqaz” İstehsalat Birliyi (İB) qışa tam hazırdır. “Azəriqaz” İB olaraq biz gecə-gündüz çalışacağıq ki, abonentlərimiz çətin vəziyyətdə qalmasınlar. Bu bizim ən böyük istəyimizdir və bu istiqamətdə işlər görülür.
Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev deyib.
Şöbə rəhbəri bildirib ki, axşam saatlarından indiyə qədər istər regionlar, istərsə də Bakı və Abşeron ərazisində qazın verilişində heç bir məhdudiyyət müşahidə olunmayıb: “Kəskin hava şəraiti nə qədər davam etsə də, bizim abonentləri davamlı qazla təmin etmə imkanımız var”.
Eldəniz Vəliyev abonentlərə müraciət edib: “Bəzi siqnallar bizə çatır ki, soyuq hava kütləsindən qorunmaq üçün insanlar evlərində kombilərdən, digər qızdırıcılardan, yaxud həmin evlərdə bu cür istilik cihazlarının olmadığından və yaxud zəif işlədiyindən, əsasən qaz plitələrinin istifadəsinə üstünlük verirlər. Bu da təbii ki, çox böyük təhlükə mənbəyidir. Bilirsiniz ki, insanlar yatdığı halda həmin o qaz plitələrini işlək vəziyyətdə qoya bilməzlər. İstənilən halda, “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmasa da, təbii fəlakət nəticəsində həmin ərazinin qazı kəsilə bilər. Həmçinin hər hansı formada qaz sıza bilər və bu sızma partlayışa və insan ölümünə gətirib çıxara bilər”.
Şöbə rəhbəri qeyd edib ki, həmçinin tüstü bacalarına yüksək təzyiqli hava kütləsi daxil olduğundan dəm qazının geriyə qayıtmaq ehtimalı da var: “Belə hallar bütün dünyada olur. Güclü külək istiqamətindən asılı olmayaraq bacalara təsir edə bilər. Havaya çıxarılan dəm qazının geriyə - bacadan yenidən qayıtması ola bilər. Abonentlər bu tip hallara da ciddi yanaşmalıdır”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-01-2023, 19:24