mobil versiya

Laçın-Xankəndi yolunda aksiya davam edir



Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil olunan aksiya bu gün səhər saatlarında da sivil qaydalar çərçivəsində yüksək əzmlə davam edir.
Etirazçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldırıb şüarlar səsləndirirlər.
Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini coşqu ilə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir neqativ təmas və insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya ötən il dekabrın 12-dən başlayıb.
KARUSEL / GÜNDƏM
Tarix: 10-01-2023, 09:18