mobil versiya

Xankəndi-Laçın yolu: Aksiya fəal şəkildə davam edir



Xankəndi-Laçın yolunda təşkil olunan dinc ekoaksiya sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik ruhunda davam edir.
Bu dəqiqələrdə aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını plakatlar qaldırmaqla, şüarlar səsləndirməklə ifadə edirlər.
Aksiya zamanı gecə saatlarında olduğu kimi, gündüz vaxtlarda da təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 25 gündür davam edir.

KARUSEL / GÜNDƏM
Tarix: 5-01-2023, 11:23