mobil versiya

Burhan Çaçan vəfat edib



Türk xalq musiqisinin məşhur ifaçısı Burhan Çaçan yanvarın 13-də 62 yaşında İstanbuldakı evində vəfat edib.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Qeyd edək ki, B.Çaçan 1960-cı il oktyabrın 17-də Türkiyənin Ağrı əyalətinin Eleşkirt rayonunda anadan olub. 1978-ci ildə "TRT Ərzurum" radiosunun keçirdiyi müsabiqənin qalibi olub. Bundan sonra Ankaraya, oradan isə İstanbula gedib. 1981-ci ildə ilk musiqi albomunu buraxıb. Həmin albomda “Səfa gəldin”, “Mən yarıma nələr alayım?”, “İpək yaylıq”, “Ayaz gecələr”, “Yağ yağmur” və “Vurun dalğalar” adlı mahnılar yer alıb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-01-2023, 17:39