Mərakeş millisi CHAN-da iştirakdan məhrum edilib
Mərakeş Kral Futbol Federasiyasının (FRMF) prezidenti Fouzi Lekjaa deyib ki, Mərakeş millisini Əlcəzairdə təşkil edilən yerli oyunçuların Afrika Millətlər Çempionatında (CHAN) iştirakdan məhrum edilməsi çox acınacaqlı bir hərəkətdir.
F.Lekjaa 2023-cü il fevralın 1-dən 11-dək Mərakeşdə keçirilməsi planlaşdırılan FIFA Klublararası Dünya Çempionatının püşkatma mərasimində iştirak etmək üçün cümə günü Rabat hava limanına gələn Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino və Afrika Konfederasiyası (CAF) prezidentin Patris Motsepe qəbulu zamanı jurnalistlərə bildirib ki, bir ay ərzində hazırlaşan gənc oyunçuları bu Afrika idman yarışında iştirakdan məhrum edilməsi həqiqətən acınacaqlıdır. F.Lekjaa izah edib ki, ikiqat çempion və son iki CHAN titulunun sahibi olan Mərakeş futbol komandası bu turnirdə iştirak etmək üçün Konstantinə (Əlcəzairə) uçuşunun ərəfəsində cümə günü səhər Rabat hava limanına gəlib.
FRMF-un cümə axşamı yaydığı mətbuat bəyanatında Mərakeş millisinin CHAN-ın 7-ci turnirində iştirak etmək və titulu qorumaq üçün Əlcəzairin Konstantina şəhərinə Royal Air Maroc-un (Mərakeş futbol komandalarının rəsmi daşıyıcısı) Rabatdan Konstantinə reysinin yekun icazəsi təsdiqlənmədiyi üçün gedə bilməyəcəyini bildirmişdir.
Rabatdan Konstantinə RAM uçuşunun icazəsi tələbindən sonra FRMF 22 dekabr 2022-ci ildə CAF (CHAN 2022-nin təşkilinə cavabdeh olan orqan kimi) tərəfindən məlumatlandırıldı ki, prinsipcə icazə alınıb.
Bəyanatda əlavə edilib ki, bu prinsipcə icazə əsasında, FRMF Rabatdan Konstantinə RAM uçuşu üçün yekun icazə almaq məqsəsi ilə Mərakeş millisinin planının təfərrüatlarını və uçuşların koordinatlarını çatdırdı, səfərin və Mərakeş millisinin CHAN-da iştirakını hazırlanmasını davam etdirdi, xüsusən də yanvarın 6-dan 10-a kimi Sale şəhərindəki Məhəmməd VI Futbol Kompleksində hazırlıq düşərgəsində Efiopiya ilə iki yoldaşlıq oyunun keçirilməsini təmin edib.
Bəyanatda o da vurğulanır ki, Mərakeş komandasının Rabatdan Konstantinə səfəri FRMF tərəfindən təşkil edilərkən və CHAN-ın başlanğıcı yanvarın 13-nə planlaşdırıldığı halda, FRMF "təəssüflə qeyd edir ki, Rabatdan Konstantinə RAM uçuşu üçün son icazənin alınmasının hələ də CAF tərəfindən təsdiqlənməyib.
KARUSEL / İDMAN
Tarix: 13-01-2023, 20:43