Şri-Lanka yeganə seçimi BVF dəstəyi axtarmaqda görür
“İndi yeganə variantımız Beynəlxalq Valyuta Fondunun (BVF) dəstəyini axtarmaqdır. Əks halda özümüzü bərpa edə bilməyəcəyik”.
"Reportyor.az xəbər verir ki, bunu Prezident Aparatında həmkarlar ittifaqı nümayəndələri ilə görüş zamanı Prezident Ranil Vickremesinghe deyib. O, Şri-Lankada görünməmiş iqtisadi çətinliklərlə üzləşən ada dövlətinin bu böhrandan çıxması üçün yeganə variantın qlobal borc verən Beynəlxalq Valyuta Fondunun (BVF) dəstəyini axtarmaq olduğunu deyib: "Biz yaxşı bilirik ki, ölkə iqtisadiyyatı çöküb. Ona görə də mən ölkənin üzləşdiyi çətinlikləri bilirəm. İş yerlərinin sayının azaldığının şahidi olduq. İnflyasiya xüsusilə yaşayış minimumunu artırıb. Ona görə də insanların həyat tərzi dəyişir".
Onun sözlərinə görə, Şri-Lankalıların əvvəllər istifadə etdikləri imkanlar getdikcə azalır, çünki ölkədəki ağır iqtisadi vəziyyət təhsil və səhiyyə də daxil olmaqla hər sahəyə təsir edib.
Ranil Vickremesinghe borcların restrukturizasiyası proqramının köməyi ilə ölkənin çökmüş iqtisadiyyatını canlandırmağa çalışdığını vurğulayıb.
Deyib ki, hazırda borcun restrukturizasiyası proqramını həyata keçirilir: "Biz artıq üç əsas ölkədən biri olan Yaponiya ilə danışıqları başa çatdırmışıq ki, bu da kreditlər əldə etdiyimiz Yaponiya, Çin və Hindistandır".
KARUSEL / DÜNYA
Tarix: 16-01-2023, 11:34