Gömrükdə ötən il 28 475 hüquqpozma faktı aşkarlanıb
2022-ci ildə müəyyən olunmuş 4 milyard 605 milyon manat illik büdcə öhdəliyinə qarşı faktiki olaraq 5 milyard 653 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb.
Bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov 2022-ci il ərzindəki fəaliyyətin yekunlarına həsr olunan müşavirədə deyib.
Rəis müavini qeyd edib ki, 2022-ci ildə 694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edilib, bu faktlar üzrə şübhəli bilinən 708 nəfər barəsində müvafiq tədbirlər görülüb:
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 77 fakt aşkar olunub, ümumilikdə 934 kq 428 qr narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, onların 89,6 %-ni daha təhlükəli narkotik vasitələr - heroin və metamfetamin təşkil edir".(APA)
KARUSEL / ÖLKƏ
Tarix: 16-01-2023, 19:53