mobil versiya

"Azərbaycan və Qarabağ erməniləri arasında Rusiya kontingentinin iştirakı ilə görüş keçirilib"-Lavrov



“Laçın dəhlizi ətrafında problem yaxın vaxtlarda həll olunacaq”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov qeyd edib ki, Azərbaycan və Qarabağ erməniləri arasında Rusiya kontingentinin iştirakı ilə görüş keçirilib.
“Dünən və ya srağagün Rusiya kontingentinin komandirinin də iştirakı ilə tərəflərin nümayəndələri arasında görüş keçirilib. Düşünürəm ki, məsələ yaxın vaxtlarda öz həllini tapacaq”, – Lavrov bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı Moskvaya məlumat verib ki, Ermənistan tərəfi üçtərəfli razılaşmaları pozaraq, Azərbaycanın mövqelərinə yaxın əraziləri minalamaq məqsədilə Laçın dəhlizi boyu minaları tədarük edir: “Ermənistan tərəfinin bu dəhliz boyu minaları təhvil verdiyi, sonra bu minalardan üçtərəfli razılaşmaları pozaraq Azərbaycan mövqelərinə yaxın ərazilərin minalanmasında istifadə edildiyi bildirilib. İndi bizim hərbçilərimiz məsələni öyrənir”.
XİN rəhbəri onu da qeyd edib ki, Rusiyanın təkliflərinə uyğun olaraq, Rusiya kontingenti Laçın dəhlizi ilə hərəkətə nəzarət edə və hər bir nəqliyyat vasitəsini qadağan olunmuş malların olub-olmadığını yoxlaya bilər: “Rusiya tərəfindən göndərilən sülhməramlı kontingent üçtərəfli razılaşmaya əsasən, bu hərəkətə nəzarət etmək səlahiyyətinə malikdir və kontingentin hər bir nəqliyyat vasitəsində qadağan olunmuş, qeyri-humanitar, mülki olmayan malların olub olmadığını yoxlamaq üçün hər cür imkanı var”.

KARUSEL / SİYASƏT
Tarix: 18-01-2023, 18:01