mobil versiya

Bu il Gəncədə KOB evinin açılışı planlaşdırılır




2023-cü ildə Gəncədə “Gəncə KOB evi”nin açılışı planlaşdırılır.

Bu barədə bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu model “Bakı KOB evi” konsepsiyasına əsaslanacaq.
“Bu mərkəzdə sahibkarlıq subyektlərinə xidmətlər göstəriləcək”, - o əlavə edib.
Xatırladaq ki, 2023-cü ildə Bakıda açılmış, sayca üçüncü KOB evi sahibkarlıq subyektlərinə vahid xidmət göstərmə mərkəzidir. İndiyədək Agentlik tərəfindən Yevlaxda və Xaçmazda KOB evləri istismara verilib. Bakı KOB evində onlarla dövlət strukturlarına və özəl təşkilatlara geniş spektrə malik xidmətlər təklif olunur. Bundan başqa, KOB evində pulsuz təlim xidmətləri göstərən mərkəzlər mövcuddur.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-01-2023, 15:19