mobil versiya

"Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşürəm" - Azərbaycanın İrandakı səfiri



"Səfirliyimizə edilmiş silahlı hücüm nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirildi, 2 əməkdaşımız yaralandı". 

Bunu Azərbaycanın İran İslam Respublikasındakı səfəri Əli Əlizadə Facebook səhifəsində paylaşıb: "Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə  öz adımdan və Səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm". 
Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!

KARUSEL / GÜNDƏM
Tarix: 27-01-2023, 15:05