"Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir' - Qətər XİN
"Qətər Dövləti Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı səfirliyini hədəf alan və səfirliyin təhlükəsizlik müdirinin ölümü və digər xəsarətlərlə nəticələnən hücumu qətiyyətlə və kəskin şəkildə pislədiyini bildirir".
"Reportyor.az" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi İnstagramda bəyanat yayıb. Bəyanatda bildirilir ki,
motiv və səbəblərdən asılı olmayaraq, Qətər zorakılıq, terror və cinayət əməllərini rədd edən qəti mövqeyini bir daha təkrarlayır.
Qətər Dövləti həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.
KARUSEL / GÜNDƏM
Tarix: 27-01-2023, 22:18