mobil versiya

“ÇİÇƏKLƏR” adlı etüd keçiriləcək



Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “ÇİÇƏKLƏR” adlı etüd keçiriləcək.

2023-cü il fevralın 1-də saat 14:00-da keçiriləcək tədbirdə 15-29 yaş arası rəssam və həvəskarlar iştirak edə bilərlər. Qeydiyyat üçün iştirakçılar 30 yanvar tarixinə kimi Xətai Sənət Mərkəzinin whatsapp ünvanına - 051 310 74 01 ad, soyad və təvəllüd qeyd etməklə müraciət edə bilərlər.
İştirakçılara sertifikatlar təqdim ediləcək. Texnika və ölçü sərbəstdir. Etüd Xətai Sənət Mərkəzində keçiriləcək.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 31-01-2023, 16:31