mobil versiya

“Doğma diyar Azərbaycan” müsabiqəsinin yekun sərgiləri açılacaq



“Doğma diyar Azərbaycan” adlı ənənəvi respublika uşaq rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq.
Sərgilər dekabrın 19, 20, 21, 22-də saat 16.00 da Xətai Sənət Mərkəzində açılacaq.
Qeyd edək ki, seçim 3 yaş kateqoriyası üzrə (11 yaşa qədər, 11-16 və 16-21 yaş arası) aparılıb və hər yaş kateqoriyasına aid rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş müsabiqə uşaqlar və yeniyetmələr arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularını, həmçinin vətənpərvərlik və vətən sevgisi hisslərinin formalaşmasına xidmət edən, habelə böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması məqsədilə təşkil edilib.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-12-2022, 16:07