mobil versiya

Sabahdan əmanət faizləri vergiyə cəlb oluna bilər




Azərbaycanda banklarda olan əmanətlərin vergidən azad edilmə müddəti (2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində) sabah bitir.

“Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilmişdi. Ancaq bu müddət sabah başa çatır.
Bununla yanaşı, “Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdə bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmadı. Bu o deməkdir ki, əgər bu maddədə düzəliş edilməyəcəksə, o zaman sabahdan əmanətlərə vergi hesablanacaq. (APA)


KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-01-2023, 17:06