mobil versiya

CAS-ın azərbaycanlı məşqçi ilə bağlı qərar verəcəyi tarix müəyyənləşib



“Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun Beynəlxalq İdman Arbitaj Məhkəməsində (CAS) işinə baxılacaq tarix müəyyənləşib.

CAS mütəxəssisin “Sumqayıt” barədə şikayətində haqlı olub-olmadığına fevralın 9-da qərar verəcək.
Çodarov 2021-ci ilin dekabrında istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsi davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli şəkildə sözləşməyə xitam verib.
42 yaşlı məşqçi 4 aylıq maaşının ödənilmədiyi iddiası ilə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib, adıçəkilən qurum 2022-ci il martın 17-də onu haqlı sayıb. Lakin bununla razılaşmayan “Sumqayıt”ın şikayəti bir ay sonra AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən təmin olunub. Qərarla barışmayan Çodarov isə CAS-a müraciət edib.
Qeyd edək ki, Elnur Çodarov hazırda “Turan Tovuz”da baş məşqçi Ayxan Abbasovun köməkçisidir.(Report)

KARUSEL / İDMAN
Tarix: 2-02-2023, 10:47