mobil versiya

Avropada qazın qiyməti 640 dollara enib



Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 650 ABŞ dollarında aşağı səviyyəsində qərarlaşıb.

2 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 641,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (670,9 dollar) ilə müqayisədə 4,4% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
(APA)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-02-2023, 12:33