Ekofəalların aksiyasının 64-cü günü davam edir
Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda etiraz aksiyası 64 gündür davam edir.
Aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya yüksək əhval-ruhiyyədə davam edir. Səhər saatlarında havanın şaxtalı olmasına baxmayaraq aksiya iştirakçılarının fəallığı müşahidə olunur. Ekofəallar hər gün olduğu kimi, bu səhər də Dövlət Himnini səsləndiriblər.
Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələb edirlər. Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Aksiya iştirakçıları qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.
KARUSEL / GÜNDƏM
Tarix: 13-02-2023, 08:56