Buenos-Ayresdə 1961-ci ildən bəri ən isti fevral günü qeydə alınıb
Buenos-Ayresdə isti hava 1961-ci ildə müəyyən edilmiş fevral temperatur rekordunu qırıb. Bu barədə milli meteorologiya xidmətinin tviter səhifəsində yerləşdirilən məlumatda bildirilir.
İndi təqvim üzrə yay olduğu şəhərdə havanın temperaturu 38,1 dərəcəyə qədər yüksəlib. Bu, 1961-ci ildən bəri Buenos-Ayresdə fevralda qeydə alınan ən yüksək temperaturdur. Meteoroloqların məlumatına görə, şəhərdə, həmçinin “son 60 ilin ən isti gecəsi” qeydə alınıb.
Buenos-Ayresdə artan yüklə əlaqədar elektrik enerjisində kütləvi fasilələr müşahidə olunur. Şəhərdə və onun ətraflarında 50 mindən çox istifadəçi işıqsız qalıb.
Argentina meteorologiya xidməti daha əvvəl bildirmişdi ki, ölkəni 2022-ci ilin noyabrından bəri səkkizinci isti dalğa bürüyüb. Mütəxəssislərin fikrincə, adətən bir mövsümdə dörd-beş isti hava dövrü olur.
KARUSEL / DÜNYA
Tarix: 13-02-2023, 13:25