mobil versiya

Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşmalar başlayıb


Fevralın 20-də səhər saatlarında Əfqanıstan-Pakistan sərhədindəki “Torham” keçid məntəqəsi rayonunda silahlı toqquşmalar başlayıb.

Bu barədə “Hasht-e Subh” nəşri Əfqanıstanın Nanqarhar əyalətindəki mənbələrə istinadla məlumat yayıb. “Taliban” üzvləri ilə Pakistan sərhədçiləri arasında səhər saatlarında başlayan aşmanın hələ də davam etdiyi bildirilir.
“Dawn” qəzeti yazır ki, ilk atəş Əfqanıstan tərəfindən açılıb. İnsidentin səbəbi məlum deyil.
KARUSEL / DÜNYA
Tarix: 20-02-2023, 11:09