mobil versiya

“Qarabağ”ın Belçikaya səfər proqramı açıqlanıb



UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent”in olacaq “Qarabağ” fevralın 21-də Belçikaya yollanacaq.
Komandanı Gentə aparacaq təyyarə saat 17:00-da yola düşəcək.
Fevralın 22-də saat 18:30-da (Bakı vaxtı ilə 21:30) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi "KAA Gent" stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Mühüm əhəmiyyət kəsb edən qarşılaşmada klubun prezidenti Tahir Gözel də komandanın yanında olacaq.
“Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi qələbə qazanıb.
KARUSEL / İDMAN
Tarix: 20-02-2023, 16:02