mobil versiya

Dünya bazarlarında neft ucuzlaşıb



Sövdələşmə məlumatları bu gün səhər dünyada neftin qiymətinin orta dərəcədə azaldığından xəbər verir.
Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,25% azalaraq 1 bareli 82,84 dollara, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,26% azalaraq bareli 76,16 dollara çatıb.
Bazarlar bu gün xüsusən FES-in fevral iclasının protokolunun dərc olunmasını gözləyirlər Sənəddə FES-in əvvəlki kimi yüksək inflyasiya fonunda pul siyasəti üzrə gələcək planlarına dair ipucları əks oluna bilər.
FES ötən il faizi yeddi dəfə yüksəltmişdi. Hazırda faiz fevral ayında yüksəldilib və mart ayında bazarlar yeni yüksəlmə gözləyir. FES-in sərt siyasəti resessiya narahatlığını artırır ki, bu da neftə tələbatla bağlı proqnozlara təsir edir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-02-2023, 12:08