mobil versiya

Bəhreyn ABŞ-ın "F-16 Block 70" qırıcılarını istifadəyə verən ilk ölkə olub





Bəhreyn Hərbi Hava Qüvvələri ilk dəfə Amerikanın "F-16 Block 70" qırıcılarını qəbul edib. 
Bu barədə Bəhreynin rəsmi xəbər agentliyi BNA bildirib.
Qeyd edilir ki, Bəhreyn Krallığı Hərbi Hava Qüvvələri ən qabaqcıl döyüş təyyarəsi modellərindən biri olan "F-16 Block 70"i alıb.
"F-16 Block 70" tipli qırıcılarının Bəhreyn Hərbi Hava Qüvvələrinin tərkibinə daxil edilməsi Kral Şeyx Həməd bin İsa Al Xəlifənin göstərişi ilə ölkənin müdafiə qüvvələrinin modernləşdirilməsi və inkişafı çərçivəsində həyata keçirilib.
Bəhreynin ABŞ-dan aldığı "F-16 Blok 70"lərin sayı barədə məlumat verilmir.
Qeyd olunur ki, krallıq bu tip təyyarələri istifadəyə verən ilk ölkə olub.(Report)

KARUSEL / DÜNYA
Tarix: 13-03-2023, 11:46