Sabah Ramazan ayının altıncı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 28-də imsak vaxtı saat 05:05-də, iftar vaxtı isə 19:14-dədir.
Martın 28-i üçün namaz vaxtları:
Sübh azanı | 05:10 |
Günorta azanı | 12:46 |
İlkindi (əsr azanı) | 17:11 |
Axşam azanı | 19:14 |
Yatsı (işa) azanı | 20:16 |
Altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin”.
Tərcüməsi: “İlahi, öz minnət və qüdrətinlə məni bu gün sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!”İftar duası:“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.
Allah orucunuzu qəbul eləsin!AzPolitika.info
KARUSEL /
CƏMİYYƏT