mobil versiya

Azərbaycanın bölgədə mərkəzi rola malikdir - italiyalı nazir



İtaliya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəyə yüksəlməsi Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə bu sözləri İtaliya Respublikası xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Bakıda keçirən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundunda deyib.
Nazir müavini Edmondo Çirielli ölkələrimiz arasında mövcud olan çoxölçülü strateji tərəfdaşlıqdan məmnunluqla danışaraq, münasibətlərimizin hazırkı səviyyəyə yüksəlməsinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olduğunu bildirib. Azərbaycanın bölgədə mərkəzi rola malik olduğunu, iki ölkə arasında geniş spektrli iqtisadi gündəliyin mövcudluğunu, uzun illər Azərbaycanın İtaliya üçün mühüm enerji təchizatçısı olduğunu, Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan Trans Adriatik qaz boru kəmərinin fəaliyyətə başlamasından sonra Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolunun daha da arıtdığını diqqətə çatdırıb.
KARUSEL / SİYASƏT
Tarix: 4-04-2023, 13:33