mobil versiya

Üzeyir Mehtizadənin “YouTube” kanalının baxış sayı 1 milyardı keçib


Müğənni Üzeyir Mehtizadənin “YouTube” kanalı “Uzeyir Mehdizade Official” bu platformada baxış sayı 1 milyardı keçən ilk Azərbaycan rəsmi kanalı olub.
2,06 milyon abunəçisi olan kanalda 311 video yerləşdirilib.
Qeyd edək ki, 2020-ci ilin yanvarında “YouTube” video portalı kanal abunəçilərinin sayı 1 milyona çatan Ü.Mehtizadəni “qızıl düymə” ilə mükafatlandırıb.
Xatırladaq ki, Ü.Mehtizadə 1992-ci il mayın 19-da anadan olub. İfaçının ondan çox albomu buraxılıb. O, Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə solo konsertlər verib.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-04-2023, 12:03