mobil versiya

Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılır



15 aprel saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 11-04-2023, 15:05