mobil versiya

Füzulidə daha 7 kəndin layihələndirilməsi nəzərdə tutulur



Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb. 18.03.2023-cü il tarixdə Füzuli şəhərinin Baş Planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə işçi qrupunun rəhbəri Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.
N.Hümmətov bildirib ki, 2022-2026-cı illərdə bərpa olunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə inşa olunacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiq edilmiş, həmçinin Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanmış və həmin sənədlərin də qısa müddət ərzində təsdiq edilməsi təmin olunacaqdır.
"Dövlətyarlı kəndində tikinti işlərinin cari ilin avqust ayında, Pirəhmədli və Dədəli kəndlərində isə cari ilin oktyabr ayında başlanılması planlaşdırılır. 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin - Qarğabazar, Cuvarlı, Qoçəhmədli, Qarakollu, Qaraxanbəyli, Horadiz və Mirzəcamallı kəndlərinin layihələndirilməsi nəzərdə tutulur.

KARUSEL / ÖLKƏ
Tarix: 12-04-2023, 12:53