mobil versiya

İsrail XİN rəhbəri Azərbaycana səfərinin məqsədini açıqlayıb



Azərbaycan müsəlman ölkəsidir və onun strateji mövqeyi aramızdakı əlaqələrin əhəmiyyətini böyüdür, böyük potensiala çevirir.
APA xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen bildirib.
Bakıdakı dostlarımızla birlikdə təhlükəsizlik, iqtisadiyyat, innovasiyalar və enerji sahələrində əməkdaşlığımızı dərinləşdirmək, xüsusilə də ortaq çətinliklərə qarşı güclü və vahid cəbhə yaratmaq üçün mən bu gün vacib siyasi səfərə gedirəm”, - XİN rəhbəri qeyd edib.
O, bugünkü səfərdə İsrailin vacib şirkətlərindən ibarət iqtisadi nümayəndə heyətinin olduğunu da vurğulayıb.
Eli Koen, İsrail və Azərbaycan arasında mövcud olan münasibətlərin daha da yaxşılaşdırılması üçün ticarət həcminin artırılmasının zəruriliyini vurğulayıb.
İsrail xarici işlər naziri Eli Koen Azərbaycana iki günlük səfəri çərçivəsində azərbaycanlı həmkarı və iqtisadiyyat naziri ilə görüşlər keçirəcək.
Görüşlərdə rəsmilər bir çox sahələr üzrə ölkələr arasında əlaqələrin möhkəmlənməsini müzakirə edəcəklər.
Eli Koen səfər zamanı kibertəhlükəsizlik, su idarəetməsi, kənd təsərrüfatı sahələri üzrə 20 İsrail şirkətinin nümayəndələri müşayiət edəcək.
Nümayəndə heyəti Azərbaycanda fəaliyyət göstərən şirkətlər və dövlət qurumları ilə görüşlər keçirəcək.

KARUSEL / SİYASƏT
Tarix: 18-04-2023, 13:56