mobil versiya

İlham Əliyev: İsrail şirkətlərinin Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərmələri üçün yaxşı imkanlar var



Hazırda Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesi uğurla həyata keçirilir. Bu baxımdan texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları ilə bağlı təcrübə mübadiləsi önəm daşıyır.
Bu barədə Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edərkən bildirib.
Dövlətimizin başçısı deyib ki, İsrail şirkətlərinin Ələt Azad İqtisadi Zonasında da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanlar var. Həmçinin SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılması da önəmlidir.


KARUSEL / SİYASƏT
Tarix: 19-04-2023, 14:59