Türkiyədə AK Partinin təşkilatlarından birinin binasına 14 dəfə atəş açılıb
Adanada AK Partinin Çukurova təşkilatının zəlzələ səbəbiylə boşaldılmış binasına atəş açılıb.
"Report"un "TRT Haber"ə istinadən xəbərinə görə, gənc kişi ümumilikdə 14 dəfə atəş açıb.
Polis tərəfindən saxlanılmış 24 yaşlı E.K. hazırda dindirilir.
AK Parti sədrinin müavini Erkan Candemir məsələyə münasibət bildirərək hadisəni qınayıb: "Bütün təşkilatımıza keçmiş olsun".Ədliyyə naziri Bəkir Bozdağ da hadisəni pisləyib.
KARUSEL / DÜNYA
Tarix: 20-04-2023, 19:35