mobil versiya

Keçən il itkin düşən hindistanlının valideynləri yenidən müraciət edib



13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı Manikant Kondaveetinin anası yenidən müraciət edib və onun sağ-salamat tapana pul mükafatı verəcəyini bildirib. Ailəsi bildirir ki, onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlayıblar, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib.
Manikantın anası müraciətində bildirib ki, oğlu Azərbaycana səmimi şəkildə dəvət olunub, burada hər kəsdən qarşılıqlı hörmət görüb: "Kim Manikantı tapsa, telefon əlaqələrini valideynlərinə versin. Onun telefonu işləmir, zəhmət olmasa, telefonla bağlı ona köməklik edin. Oğlumuza köməklik göstərən hər hansı ailə və ya ailələrə ölkəmiz açıqdır və buradakı turistik yerləri görmək üçün dəvət olunacaqlar. Bu müraciəti oxuyan və onun ölkəmizə geri qayıtmağına köməklik göstərəcək Azərbaycan xalqına təşəkkür edirəm. Azərbaycan hökumətindən Manikantın tapılmasına köməklik göstərmələrini xahiş edirəm".
"Biz Polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik. Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 200000 manat Pul Mükafatı verəcəyimizi bildirmək istəyirik. Biz axtarış ərazisinin Zaqataladakı meşə sahəsindən bütün Azərbaycana genişləndirilməsini xahiş edirik".
Qaydalar və Şərtlər:
1) Zəhmət olmasa nəzərə alın ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.
2) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.
3) Zəhmət olmasa nəzərə alın ki, biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.
4) Zəhmət olmasa nəzərə alın ki, pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.
5) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.
6) Zəhmət olmasa nəzərə alın ki, biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 24-04-2023, 16:54