Dörd ölkənin müdafiə nazirləri Moskvada görüşüb, Suriyadakı durum müzakirə olunub

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər Türkiyə-Suriya münasibətlərinin normallaşmasını müzakirə ediblər.
Tərəflər həmçinin Suriyada terrorla mübarizə barədə danışıblar. İclasda suriyalı köçkünlərin torpaqlarına qayıtması istiqamətində atıla biləcək addımlara dair fikir mübadiləsi aparılıb.
KARUSEL / DÜNYA
Tarix: 25-04-2023, 17:13