mobil versiya

Sudandan təxliyə edilən 26 Azərbaycan vətəndaşı ölkəyə gətirilib


Sudandan təxliyə edilən 26 Azərbaycan vətəndaşı Azərbaycana gətirilib.
Onları gətirən təyyarə artıq Bakıya eniş edib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməsi və 26 nəfər Azərbaycan vətəndaşının üçüncü ölkənin vasitəçiliyi ilə təxliyə edilməsi ilə bağlı məlumat yaymışdı.
Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlı dəstələr arasında başlayan silahlı toqquşmalarda 500-dən çox ölü, yüzdən çox yaralı var. /"APA"


KARUSEL / GÜNDƏM
Tarix: 27-04-2023, 16:54