Nazirlik: Azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs qanun qarşısında cavab verəcək
Son günlər mətbuatda məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranmasını əks etdirən videogörüntülər yayılıb.
Gənclər və İdman Nazirliyi bununla bağlı məlumat paylaşıb.
Məlumatda qeyd olunub: “2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyimizi bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyirik. Allah rəhmət eləsin!”
Məlumatda hadisə ilə bağlı cinayət işinin qaldırıldığı və məşqçi M.Xəlilovun hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanıldığı və azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxsin qanun qarşısında cavab verəcəyi qeyd olunub.
KARUSEL / CƏMİYYƏT

Tarix: 2-05-2023, 14:24