mobil versiya

Əsir götürülmüş hərbçilərimizin ekstradisiyası nəzərdə tutulmur


Azərbaycan əsgərlərinin ölkələrinə ekstradisiyası hazırkı məhkəməyə qədərki mərhələdə nəzərdə tutulmayıb və qanunla da nəzərdə tutulmayıb.
“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın Baş prokuroru Anna Vardapetyan əsir götürülmüş iki Azərbaycan hərbçisi barədə danışarkən deyib.
O, Azərbaycan hərbçilərinin gələcəkdə ekstradisiyası oluna biləcəyi ilə bağlı suala cavabında isə bunun onun səlahiyyətlərinə daxil olmadığını bildirib.
Qeyd edək ki, ötən ay Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib.
KARUSEL / GÜNDƏM
Tarix: 3-05-2023, 18:37