mobil versiya

80 min ha-dan artıq sahə minalardan təmizlənib



Vətən müharibəsindən sonra səksən min hektardan artıq sahə minalardan təmizlənib.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. Onun sözlərinə görə, 87 mindən artıq partlamamış sursat aşkarlanıb. O, qeyd edib ki, minatəmizləmə işləri hazırda ermənilərin ən çox mina basdırdığı Ağdam və Füzuli rayonları istiqamətində aparılır.
Qeyd edək ki, həmin ərazilər keçmiş cəbhə xətti hesab olunurdu.

KARUSEL / CƏMİYYƏT
Tarix: 9-05-2023, 15:08