mobil versiya

Cüdoçularımız Litvadan iki medalla qayıdıb



Litvanın Kaunas şəhərində keçirilən gənc cüdoçular arasında Avropa kuboku turnirində Azərbaycan millisi iki medal əldə edib.
Azərbaycan Cüdo Federasiyası bildirir ki, qızların mübarizəsində Leyla Dəmirova (48 kq) və Nigar Süleymanova (78 kq ) bürünc medal qazanıblar.
Qeyd edək ki, digər cüdoçularımız Rita Əliyeva (52 kq), Pərvanə Abdullayeva (70 kq), Nərmin Əmirli (78 kq) beşinci, Gülnarə Bayramova və Nuray Quliyeva (hər ikisi 57 kq) isə yeddinci yerlə kifayətləniblər.

KARUSEL / İDMAN
Tarix: 15-05-2023, 14:28